Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - 10-cu fəsil

X

SONUNCU RİSK

Sonuncu dəfə Stansiyanın bu seqmentinə nə vaxt  “ayaq basdığı” yadına gəlmirdi. Təqribi bilirdi ki, 2-3 ay əvvəl  Yerdən göndərilən su birələri üçün  həmin seqmentdə süni olaraq su ekosistemi yaratmışdılar. Əvvəl sınaq uğurlu alınsa da, sonradan     — özü də bilmir — çəkisizlik şəraitinə görəmi, yoxsa  açıq kosmosda  qurduqları su hövzəsinin ətrafla əlaqəda olmamasına görəmi – həşəratlar bir-bir ölməyə başladı.  Külli miqdarda vəsaitin ayrıldığı, böyük bir elmi-tədqiqat institutunun beyinməhsulu olan bu layihənin iflasına nəyin səbəb olduğu aydınlaşmadığından Yerə təkrar olaraq sınaqlar üçün su birələri göndərməyi tapşırmışdı. Sonradan bu məsələ nədənsə unuduldu, heçə Bakı da ona bu istiqamətdə planları barədə bir məlumat vermədi.   İndi  akvariuma bənzər su saxlancında olan  çöküntü vermiş mayeyə baxır və həmin sınaq günləri bircə-bircə yadına düşürdü.  Sınağın uğursuzluğundan sonra ta bu seqmentə bir dəfə olsun girməmişdi. Ehtiyac da yox idi azından. Çünki bu seqmentdə yalnız su canlıları ilə bağlı bio-tibbi eskperimentlər aparıla bilərdi. Ondan savayı heç nəyə yaramırdı.  İndi isə özünü illüziya adlandıran Seymurla bu seqmentdən son istinadgah kimi istifadə edirdi.  Seymur başına gələnləri, yadplanetə necə düşdüyünü,  hələ ki, məğzini tam bilmədiyi sınaqlar nəticəsində kosmik portalların açılmasını və onları kainatda yaratdığı fəsadları ətraflı şəkildə  kapitana başa saldı.  Seymurun dediklərində axır ki, cüzi də olsa bir məntiqi əlaqə  gördü. Məlum oldu ki, teleportasiyaların açılmasında əsas vasitəçi məhz onun hazırda yerləşdiyi  kosmik stansiya idi, ta bilmirdi, ondan  ulduz keçidlərinin yaranması üçün enerji mənbəyi qismində istifadə edirdilər, yoxsa ötürücü kimi. Bunlar hamısı nə qədər fantastik səslənsə də, Dadaşova bir xəfif inandırıcı gəlmişdi. Lakin burda oturub,  bu saat, elə indi  mövcud olmayan bir illüziya, beynində canlanan Seymurun proyeksiyası ilə, — əslində isə özü-özüylə danışmasına heç cür inana bilmirdi. Çox absurd bir vəziyyət idi.


Ardı →

Qırmızı Damla- (Qorxulu Əhvalatlar silsiləsindən) - Epiloq

EPİLOQ

Kapsul yerin orbitini keçdikdən sonra illüminatordan seyr edən Dadaşovun gözləri aşağıda getdikcə yaxınlaşan Qobustan çöllüyünə zillənsədə, fikirləri hələ də gözünün qarşısında məhv olan kosmik stansiyada idi. İndi Bakıda nələr baş verirdi, nələr!? Təkcə Bakı deyil, dünya mediasının da gündəmini zəbt edəcək, BBC, CNN, AL-Jazeera, daha dünyanın ən azbüdcəli xəbər agentliklərin bir həftə ərzində maraq dairəsində olacaqdı. Stansiyada qəza niyə baş verdi? Onun partladılmasında 2—ci dövlətin əli ola bilərmi?  Uğursuz kapitan bu haqda nə deyə bilər? Stansiyanın dağıntılarının  yaşayış sahələrini düşmə ehtimalı nədərəcədə yüksəkdir? Və sayır bu kimi tamaşaçını diqqəni cəlb etməyə yönəlmiş suiqəsd nəzəriyyələri, “şok” açıqlamalar. Hər halda kapitan olaraq stansiyanı sonuncu tərk etmişdi. Ancaq bu özünə təsəlli verən yazılmamış qayda hər halda yeganə ekipaj üzvü olan kapitana şamil oluna bilməzdi.  Özünün həbs olunacağına artıq yüz faiz əmin idi, bu barədə heç bir şübhə ola bilməz. Affidavit və müqavilədə açıq aydın qeyd olunurdu ki, hər hansı etinadzıslığa görə birbaşa kapitan Etibar Dadaşov məsuliyyət daşıyacaq.  Ancaq ölkəsi üçün belə bir vacib layihəni, iflasa uğratması, soyadına bir neçə nəsillik qara ləkə salacaqdı. Ən yaxşı halda ailəsi təqib olunacaq, vəzifədə olan qohumlara məcburi olaraq istefa ərizəsi yazmalı olacaqdılar. Bunun heç cür qarşısını almaq olmazdı.


Ardı →

Qorxulu Əhvlatlar - "Məzar pıçıltısı"

 

 

“Məzar pıçıltısı”

 

 

Mədə ağrılarından bir neçə gün idi ki, qurtula bilmirdi. Birdən birə gecə növbəsinə çıx, həzm sistemini alt-üst olmasın.  Nə qədər özünə təəccüblənsə də, bədəni tədricən bu dəyişikliyə uyğunlaşırdı. Birinci, ikinci, üçüncü dəfə növbəyə çıxanda gecəni böyük səylə oyaq qala bilirdi. Acı qəhvə, şirin isti şokalad,  hər yarım saatdan bir təmiz havaya çıxmaq....hətta stimullaşdırıcı vasitədir deyə səhvən jenşen cöhvəri qəbul etməsi. Cöhvərin həqiqi təyinatından isə danışmağa dəyməz. Gözlərini yumulmasına qarşı bir vasitə tapa bilmirdi. Ancaq elə ki, sayca dördüncü növbəsinə çıxdı, orqanizmində bu yöndə müsbətə doğru irəliləyiş hiss etdi. Sanki  qan axan yaranın üzü tədricən bağlanmışdı.  


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - II hissə- I fəsil


VIII  FƏSİL

 Böyük gözləntilər

Sümükləri gecənin qaranlığında qaçmaqdan zingildəyirdi. Ürəyi durmadan sürətli ritmlərlə döyünüb, nəzərdə tutulduğu hədəqədən çıxmaq təhlükəsində idi. Və ya ən azından təzyiqin son həddə çatmasından ürək damarlarını param-parça edə bilərdi. Səlim böyük səhvi onda buraxdı ki, magistraldan – insanların daha sıx olduğu yerdən uzaqlaşıb amansız təqib altında Razin spusku kimi tanınan bir tərəfi kiçik meşəlik olan istiqaməti seçdi. O qədər də hündür olmayan daş hasarı, üst başını cıza-cıza aşdı.


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- VII fəsil

 

VII  FƏSİL

 T”Э”KLİF

İki il əvvəl

“Böyük adam” bir ayağını digər ayağının üstünə qoyub belini yumşaq, diyircəkli ofis kreslosuna söykədi. İmran heç də bu insanı tanımırdı. Onunla görüşmək fikri belə yox idi. Başa düşə bilmirdi ki, komitə başçısı ilə, heç olmasa başçı əvəzi ilə görüşməli olsa da, onu niyə tam yad, üstəlik xarici görünüşündən gömrük sisteminin heç qapıçısına da yaxın düşməyən bir cılız, boynu bükük bir yaşlı kişi ilə üzləşdirmişdilər. İmrana elə gəlmişdi ki, onu bu zavallı gömrükçü ilə üzləşdirməkdə məqsəd artıq bir neçə ay ərzində gömrük komitəsinin ardı-arası kəsilməyən məktubları ilə bezdirmiş İmranı başlarından etmək, yəni formalitəni  yerinə yetirmək üçün onu qəbul etmək idi. İlk vaxtlar təklifini elektron poçtla göndərdi, dedilər elektron poçtla deyil, rəsmi qaydada ərizə şəklində yazıb adi məktubla yolla. Birinci məktubuna cavab gəlmədiyindən hikkəsinə salıb, ikincini, üçüncünü,...səkkizincini də göndərdi. Nəhayət bir ay sonra komitənin ştampını, möhürünü və komitə rəisi müavinin imzasını daşıyan rəsmi  cavab gəldi və həmin günə görüş təyin edildi. Əslində həmin zavallı görükən, ağ kostyumlu dazbaş kişi heç də gömrük işçisi deyildi. Həmin şəxs geosiyasi proseslərə birbaşa təsir edən pərdə arxası şəxs idi. Bu “böyük adamı” Fici adalarında istirahətdə olarkən, təbil kodu ilə geri çağırmışdılar. Belə şəxsin istirahətini puç etmək üçün isə gərək ən fövqaladə və ya ən yaxşısı fövqəltəbii iş baş verəydi. İmranın təklifi (onun yazdığı topa-topa məktublardan bir neçəsi) komitə başçısının masasına çatdıqda, başçı onunla tanış olub, absurd təklifin cəfəng olub hansısa bir sarsağ tərəfindən yazıldığını güman etmişdi. Lakin daha dolğun tanış olduqdan sonra daimi enerji mənbəyi tapılıbmış kimi tərəddüd etmədən həmin ağ kostyumlu şəxsi təcili geriyə, Azərbaycana çağırmalı olmuşdur.


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- VI fəsil

VI FƏSİL

ƏVƏZ-ƏVƏZƏ

Şlanqın çıxıntısını baş barmağı ilə sıxmaqla, ağzında kiçicik məsamə saxladı. Əmələ gələn təzyiqdən şlanqadan su daha sürətli, lakin nazik xətlərlə fışqırdı. Hər dəfə barmağını bərk sıxdıqca, həyətin o biri başında yerləşən çərhovuzun su nasosunun daha güclü uğuldadığını eşidirdi. Xar tut ağacını, xırda üzüm tənəklərini, artıq ilk nübarını vermiş armud ağacını yaxşıca sulamış olsa da, vərdiş etdiyi qaydada süni ot örtüyündən də gözəl görünən yabanı sıx otları da sulamağı sevərdi. Deyilən kimi suyun təzyiqini artırır, şlanqın ağzını yuxarı tutur, süni yağış yaradaraq, ətrafını- tünd rəngli (rəngin solğun olmasından həmin yeri hələ sulamadığını müəyyən edirdi) otlaqları hovuzdan gələn suyla nəfəs verirdi.  Həmişəki kimi ayaqlarında başmağ, şap-şap deyilən şey yox idi. Yalın ayaqlarla şlanqı bir mövqedən  digərinə keçirib  (ayağına tikan batmasın deyə) ehtiyatlı şəkildə otuz metr radiusda manevr edirdi.

Bütün şəhər həyatından yığılan urban düşüncələri, cəfəng söhbətləri, qalmaqallı dedi-qodular beynindən boşaltmışdı. Həqiqətən də ağacları sulamaqla öz şəhər həyatından müvəqqəti də olsa qopub, öz şəxsi meditasiyasının ağuşuna daxil olurdu. Bank-da yığılıb qalan kredit borcları, onların gecikdirilmiş faizləri, kommunal qiymətlərin qalxması,   azyaşlı oğlu Yasinin beynlə bağlı xəstəliyi elə bil bütün bu qarşılıqlı əlaqəli düşüncə-xəyallar suyun fışıltı sədaları, çiyirtkələrin ciyiltisi, ayaqları altında qalan sıx otların xırçıltısı fonunda bir anlıq qeyb olurdu. Çox sevinirdi.

Albalı qəsəbəsindəki bu bağı Rüstəm kişiyə xaricə köçmüş bir dostundan qalmışdı. Siyasi zəmində ölkəni tərk edən uşaqlıq yoldaşı həmin şəxs, bir başa varisi olmadığı üçün həmin qəsəbədəki 12 sotluq məhsuldar torpağı olan bağı (əslində bağdan çox bostana bənzəyirdi) ən yaxun dostuna təmənnasız şəkildə hədiyyə etmişdi. Rüstəm kişi qış payız aylarında iki aydan bir gəlməsinə baxmayaraq, bahar fəslinin gəlişi ili həftədə ən azı iki dəfə öz iri bağına baş çəkirdi. Həyətin daş hasarı yuxarıdan baxdıqda qeyri adi- formada “L” hərfi şəklində uzanırdı. “L” hərfinin quyruq hissəsində iki otaqlı və mətbəxi olan balaca kottec yerləşirdi.  Taxta tualet və açıq tavanlı hamam (sadəcə duş və altında çimənin zinət yerlərinin görsənməməsi üçün dörd nöqtədə yerə basdırılmış qalın taxta dirəklərin boyunca sarılmış mavi tent)  isə həmin quyruğun lap arxasında yerləşirdi. Bir tərəfdən belə quruluş  ona görə əlverişli idi ki, tələbatların ödənilməsi üçün nəzərdə tutulmuş tikili gözdən və yayın belə cırhacır aylarında burundan kifayət qədər uzaq yerdə idi. Kotecin arxasında həmin yerə baxan nə pəncərə nə də ki qapı vardı. Gecənin yarı, qarnın partlasaydı belə, məcbur olub evi bir dövrə etməli olacaqdın.  Bununla belə həyətin quruluşunu tam “L” hərfinə bənzətmək olmaz.  Həyətin  bağ hissəsi daha geniş ərazini təşkil edirdi. Kottecdən beş metr öndə dördün səkkizə, yerdən hündürlüyü  metr yarım olan çərhovuz yerləşirdi. Çərhovuzun suyunun üzərində qatı mamır adalarının üzməsi Rüstəm kişinin bağ mövsümünə hələ tam gücü ilə keçmədiyindən xəbər verirdi. Rüstəm kişi bir qayda olaraq İyul ayında ailəsi ilə birgə Albalı qəsəbəsinə gəlir və artıq iyunun son günlərindən etibarən özü tək gələrək qalacaqları yerdə abadlıq, səliqə səhman işləri aparardı.  Yabani otları və tikanları belləyir, ağacların diblərini bellə düzəldir, hovuzu təmizləyir, kotecdəki otaqlarda bir il ərzindən sahiblik etmiş potensial həşəratları və ziyanvericiləri aradan qaldırırdı. (Həyat yoldaşının yanında hətta “Siçan” sözünü demək olmurdu,...siçandan elə qorxurdu ki, gəl görəsən).


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- V fəsil




V FƏSİL

ÖYRƏNCİ

 

İmranın gündəliyindən:

XX gün XX ay XXXX il

Çərşənbə:

 

Bir vaxt Fales demişdi, “ Üç şeyə görə taleyimə minnətdaram, birincisi: heyvan deyil insan olduğuma görə, ikincisi qadın deyil kişi olduğuma görə, üçüncüsü isə barbar deyil, ellin olduğuma görə”.  Çoxları iddia edir ki, dəvə dövrlərindən qalan presedentləri, indiki wi-fi erasında tətbiq etmək absurd olar. Ancaq Falesin bu fikrindən həqiqətən də,- üçüncünü dəyişmək- şərtilə hazırkı gün üçün yararlanmaq olar.  Mən taleyimdən razıyam ki, İmranam,  Borneo adasının cəngəlliklərində zınqırovlu ilanın ağzına keçmiş  dəvədəlləyi deyiləm. Və şükür olsun taleyə ki, mən kişiyəm, əks halda Ayanı bu qədər dəlicəsinə sevə bilməz, qadın gözəlliyini duymaq, sezmək, o zərif, o ənbər qoxulu qadın dərisinə toxunmaq keyfiyyətlərindən məhrum olardım.  Ayan… Bircə dəfə bu adın çəkilməsi kifayətdir ki, gözəllik, xoşbəxtlik, şadimanlıq, nikbinliklə bağlı nə qədər fikir, assosasiya var, kompleks assortimentdə qonsun  bu dəyişkən beynimə. Canlanım,qoşulum dünyada dolaşan gözə görünməz  sevgi küləyinə.

 


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- IV fəsil

 

IV FƏSİL

Variasiya

 

Hazırkı zaman

“Bizim” çay evi  qlavpoçtun arxasında rəngarəng, işıq effektli və vinilli reklamlarla bəzədilmiş müştərili obyektlərin qonşuluğunda yerləşirdi. Adı çəkilən çay evinin  super baxımlı reklam lövhəsi olmasa da (əslində çox pis gündə olub, “Bizim” sözünü o qədər toz-ləkə basmışdı ki, “B” hərfindən əsər əlamət qalmamışdı) bircə özəl xüsusiyyəti var idi ki, çay evində daimi müştərilərdən başqa nadir hallarda kimsə olardı.  Əksəriyyəti də işsizlər, son ümidini totalizatorlara pənah etmiş sosial zəlillər idi. Bircə biclikləri vardı bu  çay əhlinin. Arvad seriallara rahatca baxmaq dərdindən əri “Ged iş axtar...evdə balaların acınnan qırılır!”  deyə  günün günorta çağı çölə atması, qışın şaxtasında çöllərdə donmamaq üçün bunu ən son əlac bilirdi. Özlərinə həm-dərd  — eyni bəxti yaşayan kolleqalar tapıb, atışır, bir manatdan bir çaynik çay içirdilər, sonra axşama kimi masanı məşğul edib, istidə qızışırdılar. Günün ikinci yarısında isə “Şəkili” başlarının ətrafında gah o yana gah bu yana getdiyini görüb, naəlac şəkildə simvolik olaraq ikinci çaydanı gətizdirirdilər ki, getməli yerləri olmadığından bir azca da qızışıb yenidən evə qalxsın və arvadın evə gətirdiyi pul hesabına hazırlanan yeməkdən dadsınlar.


Ardı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- III fəsil

III FƏSİL
 Yeni il hədiyyəsi

1 il  3 ay öncə
Yeni il bayramını səbirsizliklə gözləyirdi Abdullayevlər ailəsi.  Ona görə ki, ailənin bütün üzvləri üçün bu ilin ən maraqlı və ən yadda qalan günü idi.  Hər biri həmin gün işləmədən azad olduğuna görə, ailə tam şəkildə yığışardı süfrə başına, dadlı təamlardan dadıb, bol-bol söhbət edərdilər. Başqa günlərdə yeni il günündə olduğu kimi bayram nəşəsi duyulmazdı.  Ailə başçısı –  56 yaş, həkim-cərrah Vüsal Abdullayevin də üzündə təbəssüm sezilərdi bu bayram günündə. Uşaqların bayram hədiyyələrini  Almaz xanım hazırlayardı. Əkiz qızlarının həddi-buluğa çoxdan çatmış olmaqlarına rəğmən, hər il, üzərində şaxta baba həkk olunmuş və Happy New Year sözləri yazılmış boz rəngli bağlamaları müxtəlif şirniyyatlarla, xüsusi suvenir və ya ətirlər, cürbəcür hədiyyələrlə doldurar və onların yeni ilini bu yolla təbrik edərdi. Yeganə oğulları olan Ramizə də eləcə.
 
-         A kişi nə istəyirsən eh, vaxtında qədrimi bil deyirəm sənə. Əlli manata lap Şah Abbasın bazarlığını eləmişəm. Masanın üstündə nəistəyirsən var-deyə evdarlıq işləri ilə yarışmağı sevən qadınlar kateqoriyasına aid olan Almaz xanım ərinə dedi – Nə olsun pajarnik qızı olmuşam, buna baxmayaraq, hesab işini lap kompyuter kimi bilirəm. Sənə deyirəm bu baş, bu əllər qızıldı qızıl. Vaxtında qədrimi bil.
Vüsal bu bekara lovğalıqdan təngə gəlib oğluna:
-         Ramiz, tez araqları boşalt bir vedrəyə, gətir bura!
Almaz xanım o dəqiqə reaksiya verib, yeməyi dayandırdı, çəngəli qırağa qoyub:
-         A kişi sənin başın xarab olub. Arağı tökməyə yer tapmadın?
-         Demirsən mən beləyəm, mən eləyəm. Sənin başın axı qızıldandı, deyirəm gələcək nəsillərə mütləq lazım olar, ona görə çürüməsin deyə elə indidən spirtin içində saxlayaq.
-         Ə sən nə sarsağ adamsan. Bu axmaq zarafatlarından heç vaxt xeyr gəlmir.
Mənzilləri səkkizinci mərtəbədə yerləşsə də, liftləri işləmirdi. Hər gün bu böyük məsafəni qət etməkdən lap idmançıya çevrilmişdilər. MİS-dən bu yaxınlarda söz vermişdilər ki, lift məsələlərinə baxan “müvafiq qurum” yaxın gələcəkdə bu məsələni çözəcək. Hələ ki, heç bir əncam çəkilmirdi.  Ən zülümü isə altıncı günlərə təsadüf edərdi, Vüsal həkim yarmarkadan aldığı 4-5 torba meyvə-tərəvəzlə evə qalxanda.
-         İndi day, bayramdı deyə danışmıram, ...bayram qurtaran kimi bu üstümüzdəki əclafı elə çalxalayacam ki, daxılında olan qəpik-quruşu da qoyacaq həmin kanalizasiya borusunun təmirinə.
-         Əşi qanını qaraltma bayram günü! Di ye salatdan.
Söhbət doqquzuncu mərtəbədə yaşayan İrəvan məcburi köçkünləri İsrafilgildən gedirdi. Bir neçə ay qabaq, Vüsal həkim deyəni “unitazın başına nə iş gətirmişdilərsə, birinci mərtəbəyə kimi bütün mənzillərdən keçən enli kanalizasiya borusu deşilmiş, nəticədə səkkizinci mərtəbədə yerləşən mənzillərin divarlarına sızmışdı. Nəmişlikdən Abdullayevlərin nəzir-niyazla etdikləri  iki il öncəki ümumi təmiri “yağlı şillə” yemişdi: yasəmən və nərgiz gülləri həkk olunmuş al-əlvan rəngli divar kağızları qaraltı verərək, şişmiş, bəzi yerlərdən qopmuş, üzlük şpaklyovka çatlaq verərək ovulmağa başlamışdı.
Şuba salatın hələ yeyilməmiş olduğunu görüb ağlından nəsə keçən Almaz xanım dizüstü kompyuterdə Hitman 3D oyununu oynayan oğlu Ramizə dilləndi:
-         Balamsan, deyirəm bəlkə bu bayram yeməklərindən bir-iki dilim qonşu Murada aparasan. Yazıqdır axı, yetim. Yeni ili kimsəsiz keçirir, tək bayquş kimi. Yəqin yeni ilə heç bir şey almayıb, həmişəki yarımfabrikat suplardan yeyir.
-         Eh mama, mənim o qaşqabağlı, özünnən razı gədədən heç xoşum gəlmir
-         Xoşun gəlmir, Allah rizası üçün elə, əl tutmaq Əlidən qalıb.
-         Hə,yaxşı  bezdirdin   eh,mama!  Ver aparım, nə aparacam.
Bayaqdan gözü sataşdığı təpə şəklində bütün qabı ehtiva edən qırmız-ağ rəngli “şuba” salatını götürüb oğluna uzatdı.
-         Onsuz da, nə atan  nə də qızların şubayla arası yoxdur. Hər il özümə söz verirəm ki, “ta bəsdir, bu dəfər hazırlamıram”, amma hər dəfə də yaddımdan çıxır.
-          Yaddınnan çıxmır eh, prosta qonum-qonşu xanımlar arasında sonra lovğalanasan ki, filan qədər salat bişirdim yeni ildə.
-         Vüsal gördün balaca yaramazın nə uzun dili çıxıb
Söhbətə ata – Vüsal həkim də qoşuldu:
-         Sən dediyin “balaca yaramazın” artıq on üç yaşı var.
-         Kişi elə səndə onun tayısan. Ramiz fırt eliyib burnundan düşüb. Ta sənə sözüm yoxdu.- üzünü Ramizə tərəf çevirib hədələyici tonda- di tez elə apar qonşunun payını.
Ramiz nədənsə ailə üzvlərini itirmiş özündən bir neçə “yeni il bayramı” böyük olan Muraddan yaman qorxurdu. Muradın kəskin soyuqqanlığı və təkbaşına sürdüyü həyat tərzi onu dəhşətə gətirirdi. Ötən il sentyabr aylarında podyezddə şahidi olduğu hadisədən  sonra Ramizin ona qarşı instinktiv hürküləri daha da artmışdı. Belə ki, günlərin bir günü dərsdən tez gəlib, (yuxarı mərtəbədə bircə Murad qalırdı, İsrafilgil hələ köçməmişdilər, Murad da həmin vaxtlar işdə olardı adətən) xəlvətcə yuxarıda papiros tüstülətmək fikrinə düşmüşdü. Pilləkanları tam qalxmamışdı ki, doqquzuncu mərtəbədən gələn qapı cırıltısı və sakit pıçıltı səsi eşitdi.  Yavaş-yavaş addımlarla, qozbel şəklində pilləkanları adlayıb yuxarı boylandı. Gördüyü şeyin gözlənilməzliyindən bir neçə dəqiqə yerindəcə key vəziyyətdə qalmışdı. Gördüyü isə o idi ki, anasının yazığı gəldiyi həmin yetim Murad öz mənzilinin qapısının arxasında durub, qulağını qapıya dirəmişdi. Sanki kimisə pusurdu.  Ramiz bilirdi ki, həmin evdə Muraddan başqa heç-vaxt heç kim olmurdu. “Kimi güdə bilər axı?”-deyə təşviş içində Ramiz dərhal aşağı düşdü. Lazımsız şahid olmaq istəmirdi.
Keçmiş əhvalatı yadda salıb, Muradın qapısının ağzına necə gəldiyini özü də hiss etmədi. “Şuba” salatı sağ əlində,  şadlıq evlərində qulluq edən ofisantlar tək saxlamışdı. İlk öncə qapını döyməyə tərəddüd etdi. Bilmirdi ki, onu içindən sıxan, doqquzuncu mərtəbənin tünd salyarka iyli ağır havası idi, yoxsa Muradın mistik surətiylə bağlı beyninə kök salmış xof. Qətiyyət ortaya qoyub, qapını üç ardıcıl tuqqultu ilə döydü. Bir cavab gəlmədi. İkinci dəfə bir qədər bərkdən döyməyi qərara aldı. TUK-TUK...üçüncü TUK-dan sonra qapı çərçivədən sanki bir qədər aralandı. Sən demə qapı bayaqdan açıq imiş.  Qapını aralasa da içəri girməyə qorxdu, başını içəri qorxa-qorxa dürtüb, “ Murad dayı! Ay Murad dayı, qonşudur eh, gəlməy olar?” –deyə səsləndi. Heç bir cavab çıxmadı. “Yəqin harasa çıxıb”-deyə düşündü. Əvvəl evə qayıtmaq istədi. Fikirləşdikdən sonra ki, belə olduğu təqdirdə anası bir neçə saatdan sonra (anası əqrəb bürcündən olduğu üçün əksər bu bürcdə doğulanlara xas olaraq çox tərs idi) onu yenidən bu vahiməli adamın yanına göndərəcək, qərara aldı ki, elə sovqatı masanın üstünə qoyub evə qayıtsın. “Qoy elə bilsin Şaxta Baba doğrudan da mövcuddur”-qorxunu neytrallaşdırmaq məqsədilə özünü əyləndirməyə çalışdı.   Qapını tam açıb içəri daxil oldu. Qapını örtməyib ala-qaranlıq dəhlizlə yaxında olan otağa doğru kor-koranə addımladı. Qonaq otağında sanki televizor yanılı qalmış kimi, mavi göy işıqlar yanıb-sönürdü. Həyəcan içində olduğundan ayağı qatlanmış kavralitə büdrədi, az qaldı əlindəki salat qabı qarışıq gəlsin üzü üstə yerə. Bir təhər müvazinəti saxlayıb özünü qonaq otağına çatdırdı. Evin pərdələri elə tünd parçadan idi ki, günəşi pəncərədən içəri ötəri baxmağa da qoymurdu. Otağa tez-bazar göz gəzdirən Ramiz əvvəl qorxmuşdusa gördüklərindən sonra bir az da rəngi qaçdı. Otaqda salat qabını qoymağa heç bir masa yox idi. Ümumiyyətlə televizoru çıxmaq şərtilə dörd divar və köhnə-didilmiş parketdən başqa heç bir şey yox idi.
-         Atana ləhnət Nataşa!- deyə dostları arasında təzələrdə dəb düşmüş məsəli işlətdi. Bilmirdi ki, bu qədər həyəcandan sonra evə qayıtsın, yoxsa işini sonraya qoymayıb, digər otaqlara da göz gəzdirsin ki, bəlkə salatı qoymağa yer tapdı. Axı nədə olsa bərəkəti yerə qoymaq olmazdı.
Birdən gözünə televizorun ekranında gedən görüntü sataşdı. Əvvəl elə diqqət yetirmədiyindən elə bilmişdi ki, sadəcə olaraq televiziya kanallarından birinə qoşulub. Ekranda gedən isə köhnə lent yazısı idi. Muradgilin ailəsinin xatirə kasetləri. Çox güman ailənin birgə çəkdirdiyi sonuncu video yazı idi. Belə ki, bütün ailə üzvlərinin bir masa arxasında olması, ekranın aşağı sol küncündə tarix yerində ağ şriftlərlə göstərilən 12/05/2005 yazısı buna sübut ola bilərdi. Murad lentdə çox gülərüz və şadiman görsənirdi. Lenti yazıya alan operator  (çox güman elə öz qardaşı  İsmayılidi)  demək olar ki, yalnız şıltaqlıq edən, deyib gülən, gah anasını gah da atasını qucaqlayan, çox səliqəli geyinmiş və şıqq görünən Muradı obyektivə alırdı. Desəydilər ki, ailə üzvlərini itirməzdən əvvəl Murad belə gözəl enlikürək dəliqanlı idi, heç inanmağı gəlməzdi. Axı 2005-ci ildə,(o vaxtlar Muradın bütün ailə üzvləri həyatda idi) Ramizin özünün hələ balaca idi. Azyaşlı uşaq isə ətrafda olanları qeyri-iradi və iradi psixoloji təhlil etmir. Ona görə ömründə Muradı belə nikbin görməmişdi. Hal-hazırkı Murad qaş-qabaqlı, solğun sifət, sifətinə çıxan tüklər necə gəldi çıxan, səliqə-səhmansız bir sirli gədə idi. Sanki gipnoz altında bir neçə dəqiqə gözlərini həmin yazıdan ayırmadı. Ta,....
“Tarrraaaappp....” elə bil Ad qövmünün başına gələnlər təkrarlandı həmən otaqda.   Dəhlizdə olan antresoldan çox ağır bir şeyin döşəməyə düşdüyünü hiss etdi. Ramizə elə gəldi, ürəyi bu dəqiqə ağzından bayıra çıxacaq. Yerində qurumuş şəkildə durub sadəcə, hündür məsafədən iki qıçı üstə döşəməyə tullanıb, tədricən adi duruş vəziyyətinə qayıdan qara siluet tərəfə baxdı. Siluetin isə kimə məxsus olduğunu tapmaq o qədər də çətin gəlmədi Ramizə. Yalnız bircə kəlmə eşitdi qaranlıqdan peyda olmuş siluet tərəfdən:
-         İndi də səni göndəriblər...insanları necə aldatdığınız mənə məlumdur? Bu suiqəsdin üstünü axır-əvvəl açmalıyam.
Ramiz mürəkkəb cümlələrdən bir şey anlaya bilmədi. Siluetin bayaqdan arxasında gizlətdiyi parıltılı alət aydınca görsəndi. Bu təp-təzə polad qaz açarı idi. Siluet Ramizə tərəf o qədər çevik şəkildə hərəkət etdi ki, Ramiz heç qımıldamağa da macal tapmadı. Hörümçək toruna düşmüş və zəhəri ilə paralizə olunmuş şikar tək qatilinin gözlərinə baxdı. Siluetin Murad olduğuna əmin olmuşdu ki, son sözünü demədən gözlərini həmişəlik yumdu.
Davamı →

Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- II fəsil

II FƏSİL

 UNUTMA!!!

İmranı telefon zəngi yuxudan oyatdı. Nədənsə çox həyəcanlı idi. Yerindən qalxanda prostinanın tər-su içində olduğunu hiss olunurdu. Distansion panasonic telefon isə artıq dördüncü dəfə idi ki, dınqıldayırdı. İmrana çox qəribə gəldi ki, telefon yanında olduğu halda, səsi mətbəx tərəfdən gəlirdi. Həm də, adi şəhər telefonuna zəng gəlsə də, telefonu balışının yanında olan mobil telefonun “Nokia” adlı zəng tonunu  çıxarırdı. Axı adi telefonda belə zəng çalarları olmur. Nədənsə əmin idi ki, bu məhz ev telefonundan çıxan zəngin səsi idi. Ayağa qalxmağı ilə mətbəxə daxil olmağı bir oldu. Gözləri qırpmaqla artıq telefon əlində idi. İmran baş çıxara bilmədi ki, bu neçə gün yuxusuzluğun nəticəsidir yoxsa onun başına doğrudan da hava gəlir. Belə sürətli şəkildə hərəkətlər etmək çevik milçəklərə belə qismət olmurdu. Hələ bu fikirlərdən ayrılmamışdı ki, telefonun “TALK” düyməsini necə basdığını özü də bilmədi. Sanki ruhu başqa bir kəsin bədəninə girmişdi və hərəkətlərini başqası idarə edirdi. Xəttin o biri tərəfindən çox sakit şəkildə danışan yaşlı bir adamın səsi eşidildi.

-         Sən deyəsən məsələnin nə qədər ciddi olduğunu bilmirsən. Beş saniyəyə pulları çatdırmasan qardaşının başının necə kəsildiyini öz qulaqlarınla eşidəcəksən

-         Bir-İki-....

İmranın ürəyi az qala partlayacaqdı. Beş saniyəyə pulu naməlum yerə- bəlkə də kilometrlərlə uzaq məsafəyə çatdırmaq, bu nə ağılasığmaz fikir idi belə-deyə İmran təlaş içində fikirləşdi. Üçüncü saniyə eşidilməmişdi ki, xəttin o biri ucundan qardaşının fəryadı eşidildi.

-         İmran qurban olum, bunları qoyma...qoyma məni öldürsünlər.


Ardı →